Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək

“Ərdəbildən Parsabada, oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək”.

İran prezidenti İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən Yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib ki ki, Ərdəbildən Parsabada, oradan da Azərbaycana çəkiləcək dəmir yolu xəttinin inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini də nəzərə çatdırıb.

Qeyd edək ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button