Ərdoğan: “Başda Azərbaycan olmaqla müxtəlif ölkələrdən Şimali Kiprə yüksək səviyyəli səfərlər təşkil edəcəyik”

“Türkiyə olaraq başda Azərbaycan olmaqla müxtəlif ölkələrdən Şimali Kiprə yüksək səviyyəli səfərlər təşkil edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R. T. Ərdoğan deyib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatarla təkbətək, eləcə də nümayəndə heyətləri ilə birgə görüşü olacaq.

Şimali Kipr xalqının suverenlik hüququna malik olduğunu vurğulayan R. T. Ərdoğan bildirib ki, Türkiyə Şimali və Cənubi Kiprin bərabər hüquqlarının tanınmasına tərəfdardır.

Türkiyə Prezidenti E. Tatarla bir çox təsislərin açılışında iştirak edəcəyini bildirib və Şimali Kipr Parlamentindən yeni müjdəsi olacağını deyib.

İki günlük səfərdə Türkiyə Prezidenti 20 İyul-Şimali Kipr Sülh və Müstəqillik Hərəkatının 47-ci ildönümündə iştirak edəcəyini və müsəlmanların Qurban Bayramını da orada qeyd edəcəyini bildirib.

R. T. Ərdoğanla bərabər səfərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, digər partiyalardan nümayəndə heyətləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli də Şimali Kiprdə səfərdədir.

Azərbaycanlı parlamentarilərlə bərabər Şimali Kiprə Pakistan parlamentinin nümayəndə heyəti də səfər edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button