Ərdoğan da «lazım»ı gözləyir

«Lazım gələrsə İsraillə müharibə edə bilərik»

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, ”İsrail müəyyən bir iqtisadi gücə, müəyyən bir silaha sahibdir. Nə deyir? “Fələstinin əlində silah olmasın”. Sənin əlində atom bombasına qədər hər şey var, fələstinlilərin əlində bir dənə silah da olmayacaq. Bu ağılsızlıqdır. Bunun ağılla məntiqlə izahı yoxdur”, – deyib.

Ərdoğan, Rosenin ”İsrail əleyhdarlığı” ilə bağlı sualına ”Bizim Türkiyə olaraq İsrail xalqına qarşı hər hansı bir mənfi fikirimiz yoxdur. Burada bizim yanaşmamız İsrail rəhbərliyinə qarşıdır”, – deyə bildirib.

”İsrailin hücumunu müharibə səbəbi olaraq görürsünüz deyilmi?”- sualını Ərdoğan, ”Lazım olsa bu da edilər. Amma biz böyük dövlət olmaq üçün səbrlə davrandıq. Görəsən Amerikanın vətəndaşlarının 9 -u beynəlxalq sularda hər hansı bir dövlət tərəfindən öldürülmüş olsa “yaxşı etdiniz” deyərmi? Xoş qarşılayarmı? Bizim baxışımız, yanaşmamız da budur”, – deyə cavab verib.

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button