Ərdoğan: “Fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm”

Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibəti ilə keçirilən tədbir zamanı deyib.

Ölkə prezidenti qeyd edib ki, bu gün ölkənin 81 bölgəsində qeyd olunur: “Bu qələbə bütün Türk millətinin qələbəsidir. Bu gün Moskvada qeyd olunur, bunu təsəvvür edə bilirsiz?”

Ərdoğan həmçinin Türkiyənin terrorizmlə mübarizədə uğurlarını xatırladıb: “Türkiyə “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın şimalında 4600 terrorçunu məhv edib”.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button