Ərdoğan NATO-nu tənqid edib
“Balkanlardan Afrikayadək, hər yerdə olduğu kimi, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynadakı böhranlarda da həmişə bu yanaşma ilə hərəkət etmişik, hərəkət edəcəyik”, – dövlət başçısı bildirib.
R.T.Ərdoğan NATO-nu fəaliyyətinə də toxunub. O vurğulayıb ki, indi NATO müxtəlif vasitələrlə Şərq sərhədlərini gücləndirməyə çalışır: “Ukrayna böhranının ardından atılan addımları təbəssümlə izləyirik. Çünki biz illərlə NATO müttəfiqi olaraq belə mənzərə ilə qarşılaşmadıq. Bizim uzun illər NATO-dan yeganə istəyimiz Türkiyənin də öz sərhədlərini müdafiə etməsinə eyni münasibət göstərməsi idi. Biz sərhədlərimizi terrorçulardan qorumaq istəyirik. Amma, demək olar, bu məsələyə heç bir müttəfiqimiz istədiyimiz münasibəti göstərmədi”.