Ərdoğan Star TV-ni də aldı

«Doğan» Yayım Holdinqə daxil olan, Cem Uzunun qurduğu Star TV 4-cü dəfə əl dəyişdirdi.

«Haber365.com»un məlumatına görə, Cem Uzunun əmlakına TMSF (Təsərrüfat Mövduatı Sığorta Fondu) tərəfindən əl qoyulduqdan sonra Star TV Aydın Doğana satılıb. Hazırda isə A.Doğan sahib olduğu NTV, NTVSpor, CNBC-e, e2, Kral TV kimi, Star TV-ni də «Doğuş» Qrupuna satılıb.

«Doğuş» Qrupunun sahibi Ferit Şahenk ilə Aydın Doğan arasında imzalanan müqavilənin xırdalıqları barədə mediaya bu gün açıqlama veriləcək.

Xatırladaq ki, F.Şahenk Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxın şəxs hesab edilir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button