Ərdoğan TBMM-də “15 iyul abidəsi”nin açılışında iştirak edib

”Biz şanlı tarixi, mədəniyyəti və dəyərləri ilə böyük millətik. 15 iyul gecəsi şəhid olan vətəndaşlarımızı dərin hörmətlə anıram, ölkəmizin müstəqilliyini təhlükədə qoyan xainlərə qarşı o gecə əliyalın fədakarlıq edən insanlarımıza şəxsim və millətim adından təşəkkürlərimi bildirirəm”.

Bunu 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı bombalanan Türkiyə Böyük Millət Məclisində keçən il inşa edilən “15 iyul abidəsi”nin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, 15 iyul gecəsi xalq küçələrdə istiqlal uğrunda mübarizə apararkən millət vəkilləri də həyatlarını təhlükəyə ataraq parlamentin müdafiəsinə qalxıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button