Ərdoğanla “Polat Alemdar” arasında maraqlı dialoq- VİDEO

Yəqin xatırlayırsınız, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi geyimdə Suriya sərhədinə ən yaxın məntəqə olan Oğulpınar Sərhəd Nəzarət Buraxılış Məntəqəsinə səfər etmişdi.

Səfərdə şou-biznesin və idman aləminin məşhur simaları prezidenti tək qoymayıblar. “Kurtlar Vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polat Ələmdar) da həmin sənətçilər arasında olub. Görüşdə Müdafiə Nazirliyinin Baş Qəragah rəisi Hulusi Akar, Ərdoğan və Necati Şaşmaz arasında maraqlı dialoq keçib.

H.Akar “Kurtlar Vadisi Afrin” serialının çəkilməsini təklif edib. Aktyor “Ola bilər, əfəndim, məncə, çox yaxşı fikirdir”, – deyə cavab verib.

Ərdoğan isə dialoqa “Polat İdlibə də girə bilər yəni” sözləri ilə qoşulub. N.Şaşmaz prezidentin bu sözlərini “Baş komandirim əmr edərsə, anında” cümləsi ilə cavablandırıb.(virtualaz)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button