Ərxanın balaca məclisinə…

Bu şeirin həzin bir tarixçəsi var. Balaca Ərxanın balaca məclisində yurd yerimiz Ağbulaq yada düşmüşdü. Hər bala kövrələndə anasını – Vətənini xatırlayar ya…, bax o zamanlarda, o ovqatda qələmə alındı bu misralar. Təvəkgül Vəzirlə Ağbulağı xatırlayırdı… Ağızdan çıxan hər misra isə yurd həsrətli kağızlara tökülürdü…

Bizlər adi məclislərimizdə də Ağbulaqdan ayrıla bilmirik…

 Bu şadlıq məclisi, bu gözəl anlar,

Çıxmaz illər boyu yadımdan mənim.

Nizami şənlənər, sevinc götürər,

Ürək təpərimdən, odumdan mənim.

 

Vəzir, bir nəğmə de, yetiş dadıma,

İlham ver eşqimə, könül atıma,

Qəmli çağlarımı salma yadıma,

Danışanda danış şadımdan mənim.

 

Əvəzi bağrıma basmayım nədən,

Dostlar, el deməkdən saçlarım dən-dən,

Ay İlham, sən oxu Ulu Göyçəmdən,

Ağbulaq deyilən yurdumdan mənim.

 

Mənalı bir ömür yaşamaq gərək,

Tanrıdan dilərəm hamıya kömək,

Təvəkgül, qoy qalsın bir xatirə tək,

Bu şeir, bu dastan odumdan mənim.

 

Təvəkgül Cəmilli

Bakı, Biləcəri

09 aprel 2011-ci il

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button