Əsl xalq artisti Ağalar Bayramov-Ona kimlər bu adı vermir?

Əməkdar artist, Azərbaycanın yaşayan ən böyük qiraət ustası Ağalar Bayramov Reaksiya TV-yə müsahibə verib. Təsadüfi deyil ki, Reaksiya TV-nin möhtəşəm aparıcısı Zaur Qəriboğlu sözə başlayan kimi Ağalar müəllimi “Xalq artisti” kimi təqdim edir. Ağalar Bayramovun müdaxiləsindən və incə təkzibindən sonra məlum olur ki, o, hələ də Xalq artisti deyil. Təbii ki, bunu Reaksiya TV-nin aparıcısı, usta jurnalist Zaur Qəriboğlu bilməmiş deyildi, təbii ki, o da ustalıqla problemi diqqətə çatdırmaq istəyirdi. Çatdırdı da. İnsan düşünür, nədən bu, belədir? Bu, nə siyasətdir belə? Kim aparır mədəniyyət siyasətini? Kim təltif üçün siyahını prezidentin masasının üzərinə qoyur? Bu, necə ölkədir ki, hər kəs Xalq artisti ola bilir, amma təpədən-dırnağa kimi milli olan və millətin bağrından qopan Ağalar Bayramova bu ad verilmir? Bunudamı prezidentin özü yazmalıdır təltif kağızının kənarına. Təbii ki, bir gün o da olacaq, amma olacaqsa, yenə bir sual çıxmırmı ortaya? Bu ölkənin mədəniyyət və təltif siyasətinə kim baxır?

Xural.com Xalq artisti, bədii qiraət ustası Ağalar Bayramovun Reaksiya TV-yə verdiyi müsahibəni təqdim edir:

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button