Əslində Gülər gerçəkliyi…

Atalar sözü: «Yalan danışanla, oğurluq edənin ömrü 40 gündür»

«Xural» qəzetinin 19-25 dekabr 2010-cu il tarixli sayında dərc olunmuş «Gülər Əhmədovanın İqdır çıxarması» məqaləsi Gülər Əhmədovanın sahibi olduğu «Mərkəz» qəzetində çox həvəslə təkrar dərc olunandan sonra – yeri gəlmişkən bu məqalənin təkrar dərci «Xural»ın kollektivi tərəfindən dərin rəğbətlə qarşılanıb  – məqalədə göstərilən bəzi məqamların araşdırmaya ehtiyacı olduğunu hiss etdik və «Xural»ın Türkiyə mətbuatında layiqli yerini tutan həmkarlarına müraciət edərək bəzi məqamlara aydınlıq gətirilməsi üçün dəstək vermələrini xahiş etdik.

Oxucuların diqqətinə:

Adı çəkilən məqalədə İqdır vilayətinin Heydər Əliyev Fən Liseyi və İqdır Universitetində keçirilən görüşdən bəhs edilir : «… İsrarla şagirdlərin nəyə ehtiyaclarının olduğunu soruşan Gülər xanıma iqdırlı şagirdlər yeni tikilən məktəb binasında pianinoya, bilgisayarlara və akkardiona ehtiyac olduğunu söylədilər. Bunun qarşılığında Gülər Əhmədova konkret vəd verdi: «Ən yaxın zamanda məktəbinizə Azərbaycandan pianino, bilgisayarlar və akkardion gələcək.»

 

İsrarla verilən vəddən bir ilə yaxın müddət keçir. Bu müddət ərzində Gülər Əhmədova vədini yerinə yetiribmi? Yoxsa, başqa yalanları kimi bu da təsadüfi və ötəri həvəslə deyilən boş sözlərdir? «Mən deputatam, o qədər işim-gücüm var ki. Elmi, pedaqoji fəaliyyətlə məşğulam, siyasətlə məşğulam, beynəlxalq görüşlərdə iştirak edirəm» deyərək, az qala H.Əliyev səviyyəsində siyasətçi olmaqda iddiasını ortaya qoyan Gülər Əhmədovanın məşğul olduğu işlər onun üçün bu qədər önəmlidirsə demək vədini də yerinə yetirməli idi. Lakin…
Göndərdiyimiz sorğuya gələn cavabı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
«Selam.
Ben, İstanbul’da yaşıyorum. Ama bir başka dostum vasıtasıyla okulun müdürüne telefonla ulaştık. Almanya’dan bir Piano almışlar ve okula merasimle teslim etmişler. Onun dışında başka herhangi bir şey verilmemiş.
 Selamlar».
Maraqlıdır deyilmi? G.Əhmədova bir piano parçasını belə xüsusi mərasimlə təqdim etməyin yolunu bilir. Bəs dıgər vədləri necə yerinə yetirməyi unudub, yoxsa qənaət edib?

Mətbuatın iştirakı ilə cəmiyyətə ünvanlanmış bu vədlər əslində Gülər Əhmədova tərəfindən alayarımçıq, maliyyəçilərin dili ilə desək büdcənin yarıdan az hissəsi həcmində həyata keçirildiyi göz qabağındadır. Və bunu Azərbaycanı, Milli Məclisi təmsil edən bir deputat edir. Əminik ki, öz hesabına da etmir. Elə bu hadisənin özu əslində Gülər Əhmədovanın kim olduğunu faş edir və onun az qala qürurla cəmiyyətə söylədiyi «məşğuliyyət»inin nədən ibarət olduğunu bütün çılpaqlığı ilə göstərir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button