Əvəz Zeynallı: “Əli Həsənov medianı o günə qoydu ki…”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 3 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində son ayın siyasi vəziyyətini təhlil edib. Əvəz Zeynallı həmçinin, Vergilər Nazirliyinin ona ölkəni tərk etməməklə bağlı qadağasının hansı səbəblərdən qoyulmasını, ümumiyyətlə qadağalar necə qoyulmalıdır sualı ətrafında danışıb, qadağaların vətəndaşı harada gəldi haqlamaması üçün sivil yollardan nə üçün istifadə olunmadığını müzakirəyə çıxarıb – “İnsanlara bu haqda mesajlarla xəbər vermək olmazmı?”, “Vətəndaşı mütləq incitmək, ağlatmaqmı lazımdır?”, “Yarı yolda qalmamaq üçün Mikayıl Cabbarovu tənqid etmək olmazmı?” Bundan başqa, Əvəz Zeynallı Almaniya təəssüratlarından danışıb – “Berlini necə qurublar? İnsanların rahat və əmin yaşadığı, hər şeyin insan üçün olduğu ölkə – Konstitusiyanın I maddəsi “İnsan ləyaqəti hər şeydən ucadadır”, “Binaları köhnə, yolları sıradan, parkları torpaqlı, amma dünyanın ən zəngin ölkəsi”, “TAZ, Der Spiegel, Deutsche Velle kampaniyaları necə çalışır?”, “Müstəqil media əslində necə olur?”, “Nəqliyyatın və sosial münasibətlərin mükəmməl qurulduğu ölkə – Biz restoran tikirik, almanlar zavod…”, “Baş verənlər nədir – hakimiyyətin əldəyişməsi, yoxsa demokratikləşmə?”, “Deputatlar zatən işləmir ki…”, “Administrasiyanın yenidən qurulması”, “Müstəqil media, müstəqil məhkəmələr və bunlarla əlaqəli çalışan yeni kadrlar…”, “Əli Həsənovun gedişindən sonra media necə olacaq?”, “Müstəqil media üçün hansı işlər görülməlidir?” və s. bu kimi suallara cavab axtarıb. Xural.com Əvəz Zeynallı ilə “Siyasət meydanı”nı təqdim edir…

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button