Əvəz Zeynallı ailəsilə görüşüb

10.09.2012

Hazırda saxta ittihamlarla Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya uzun sürən fasilədən sonra nəhayət ailəsi ilə görüşmək üçün icazə verilib. Bu haqda XuralTAC-a qəzetin kommersiya direktoru Nizami Həsənli deyib.

Onun sözlərinə görə, son vaxtlar baş redaktorun səhhətində problemlərin yaranması ilə bağlı məlumatlar yayılandan sonra ailəsi dəfələrlə Ə.Zeynallı ilə görüşmək üçün müvafiq orqanlara müraciət ediblər. Əvəz Zeynallının ombudsman E.Süleymanovaya ünvanladığı müraciətdən sonra,  Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov mətbuatda Bakı Ağır Cinayətlərə dair Məhkəmənin sədrinə görüş verilməsi üçün müraciət edəcəyini bildirib. Baş redaktorun vəkili Elçin Sadıqov işi aparan hakim Ramella Allahverdiyevaya bir daha müraciət edəndən sonra Ə.Zeynallıya aiəsilə görüş üçün icazə verilib.

Xatırladaq ki, bir müddət əvvəl Əvəz Zeynallının xroniki hepatoxolesistit, böyrəkdə duzların kristallaşması, bel fəqərələrinin osteoxondrozu və başqa xəstəliklərdən əziyyət çəkdiyi, burun çəpərində isə təcili əməliyyata ehtiyac olduğu haqda BİT-nın Tibb-sanitar hissəsi rəsmi məlumat yayıb. Bu məlumatdan sonra ailəsi Ə.Zeynallı ilə şəxsən görüşərək, səhhətilə bağlı yaranmış problemlərin çözülməsi üçün mövcud imkanları arayıblar.

Qeyd edək ki, sentyabrın 12-də saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Zeynallının işi ilə bağlı proses davam edəcək. Məlumat üçün bildirək ki, baş redaktor jurnalist fəaliyyətinə görə, saxta ittihamlarla həbs edilib.

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edir və onu “vicdan məhbusu”  adlandırırlar. 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button