Əvəz Zeynallı “Azercell”i məhkəməyə verməyə çağırdı

Xural.com-un baş redaktoru Əvəz Zeynallı “Azercell” mobil operator şirkətini fırıldaqlarına görə məhkəməyə verməyə çağırıb. Reportyor.info xəbər verir ki, bu barədə jurnalist özü feysbukda yazıb. Onun sözlərinə görə, bu gün – Türkiyəyə gəlişinin 14-cü günü fırıldaqçı və dələduz “Azercell” ona mesaj göndərib: “Sizin 1 GB rominq internet paketiniz ləğv olundu. İnternetdən istifadə cari tarifinizə uyğun hesablanacaq. Yeni paketin sifarişi üçün: 14 günlük 1GB paketinə qoşulmaq üçün *100*1001#YES, 3 günlük 400MB paketinə qoşulmaq üçün *100*401#YES, 1 günlük 100MB paketinə qoşulmaq üçün *100*101#YES yığın”. Jurnalist qeyd edib ki, bir şirkət nə qədər özünü, iş şərəfini itirməlidir ki, adamı lap dolasın: “Nə qədər həyasız olmalısan ki, yediyin internetə aydınlıq gətirmədən təzədən həyasızcasına bir də mesaj göndərib insanın əsəbi ilə oynayasan. Bu şarlatanları məhkəməyə vermək və bunu kütləvi etmək lazımdır. Kim məhkəməyə verir fırıldaqçı Azercelli? Mən hazır… Bakıya enən kimi ilk işlərimdən biri bu olacaq…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button