Əvəz Zeynallı hakimlərə etiraz etdi

7777

01.05.2013

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb. Prosesdə müdafiə tərəfi hakim tərkibinə etirazla bağlı vəsatət verib. Vəkil Elçin Sadıqov etirazı belə əsaslandırıb ki, həmin tərkib Ə. Zeynallının avtomobilində, evində və ofisində aparılmış axtarışla bağlı olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxıb və təmin etməyib: “İşə baxacaq məhkəmə heyətinə etiraz etdik. Həmin hakimlər bu cinayət işi üzrə Əvəz Zeynallının evində, ofisində və avtomobilində aparılmış axtarışlarla bağlı verilən apellyasiya şikayətinə baxıblar və bizim əleyhimizə qərar çıxarıblar. Biz etirazımızı yazılı şəkildə məhkəməyə təqdim etdik. Ə.Qasımovun sədlik etdiyi kollegiya etirazı qəbul edib və baxılması üçün Apellyasiya Məhkəməsinin sədrinə təqdim ediləcəyini bildirib”. 

Proses mayın 3-də  saat 12.30-da Bakı Apellyasiya Məhkəməsində davam etdiriləcək.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallı isə ittihamlarla və hökmlə razılaşmər və hakimiyyəti tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edildiyini bildirir.
Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq barəsində 3 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button