Əvəz Zeynallı Kanal13-də: “Azərbaycan mediasına ayrılan pullar hara gedir?!”-VİDEO

“Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallı İsmayıl İslamoğlunun aparıcısı olduğu Kanal13-ün “Müzakirə saatı” verilişində qonaq olub. Xural.com Kanal13-ün saytına istınadən xəbər verərkən Əvəz Zeynallı deyib:

 

 

Azərbaycan mətbuatının hazırkı durumu yox kimidir

Mətbuatı xərçəngə yoluxmuş, ölüm ayağında olan xəstəyə bənzətmək olar

Azərbaycan teleməkanında müstəqil fikir söyləyəcək kanallar artıq yoxdur

Ümid ayrı-ayrı fərdlərə qalıb

Azərbaycanın müstəqil mətbuatı bu hakimiyyətin çox “uğurlu” xarici və daxili siyasəti nəticəsində məhv olub, buna görə onlara “təbrik” düşür

İlham Əliyevin xəbəri olmadan bu ölkədə heç bir hadisə baş verə bilməz

Bizim qəzetn üstündən tankla keçiblər və biz 10 ildir özümüzə gələ bilmirik, hələ bir 10 il də çətin özümüzə gələk

Medianın bu vəziyyətdə olmasının səbəbkarı Əli Həsənovdur

1998-ci ilə qədər haqqı deyən jurnalistləri döyürdülər, öldürürdülər – sonradan anladılar ki, bununla jurnalistləri susdurmaq olmaz və başladılar onları pulla satın almağa

Azərbaycan mətbuatına ayrılan pulllar ancaq baş redaktorların cibinə gedir

Azərbaycanda necə püşk atılır ki, 3 ev bir qəzetə düşür?

Mehman Əliyevlə müsahibə götürdüyüm üçün Rüstəm Usubov tərəfindən mənə təhdidlər oldu

Zahid Oruc hakimiyyəti müdafiə etmək üçün nə gəldi danışır, amma müstəqil suallardan qorxur

Zahid Oruc, Q.Paşayeva, S.Novruzov – bunları “Qaynar Qazan”a çağırdım, gəlmədilər

Rauf Arifoğlu demiş, deputatlar gərək heç nə danışmasınlar, onlar danışanda problem olur, gərək onlara dərs keçəsən ki, nəyi danışmaq olar, nəyi yox

Saytları prezident aparatında oturan 2-3 cavan uşaq bloklayırmış

Təzə təyin olunan vəzifə sahibləri tanınmayan yox, tanınan və bu ölkə üçün ömrünü şam kimi əridən insanlar olmalıdır

Paşinyan niyə Qarabağa gəlməliydi, bunu Azərbaycanın Müdafiə Nazirindən soruşmaq lazımdır!

Hakimiyyət bütün ölkəni həbs edib, insanlara 5 metr yer vermirlər ki, nəfəs alsınlar, hər yerdə kameralar, hər yerdə nəzarət var

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button