Əvəz Zeynallı oğurlandı

YENİLƏNİR

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün saat 18: 00-da naməlum şəxslər tərəfindən oğurlanıb. Hadisə “Kanal-13” internet televiziyasının qarşısında baş verib. Kanalda canlı efirə dəvət edilən Ə. Zeynallı son olaraq “Kanal 13”-ün aparıcısı  Aynur İmanovaya zəng edərək 2 nəfər şəxs tərəfindən zorla maşına oturdurulduğunu bildirib. Daha sonra onunla əlaqə kəsilib. Ə. Zeynallının mobil telefonuna zəng çatsa da cavab vermir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun “QAFQAZİNFO” ya verdiyi acıqlamasında Ə.Zeynallının həbsindən xəbərsiz olduğunu bildirib. Son anda aldığımız məlumata görə Ə.Zeynallı Baş Prokurorluğun Korrupsiyaya Qarşı mübarizə İdarəsinə aparılıb. Lakin Baş Prokurorluqdan xəbəri dəqiqləşdirə bilmədik

 

XuralTAC

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button