Əvəz Zeynallı R.Mehdiyevin sifarişilə həbs olunduğunu sübut edəcək

05.03.2012

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesi martın 6-da saat 14.00-da davam edəcək.

Xatırladaq ki, ötən məhkəmə prosesi zamanı prokuror Ramazan Hadıyev heç bir əsas olmadan, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı AR CM-nin 311 306 və 213-cü maddələrində nəzərdə tutlmuş ən yüksək cəza – azadlıqdan məhrum edilməklə 11 il iş kəsilməsini istəmişdi. Bundan cəmi bir saat sonra Ə. Zeynallının ondan guya hədə-qorxu ilə rüşvət almaqda ittiham edən sabiq deputat Gülər Əhmədova həbs olunmuşdu. Baş redaktor prokurorun “biz sizi ifşa etdik” atmacasına sərt təpki göstərərk, onu Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin sifarişlərini həyata keçirərkən onun “qulu, köləsi və nökəri” olduğunu demişdi.

Ə.Zeynallı bu dəfəki məhkəmə prosesi zamanı öz çıxışında Ramiz Mehdiyevin sifarişi əsasında, saxta ittihamlarla həbs olunduğunu əsaslı dəlillərlə sübut etmək  niyyətindədir.

Məhkəmə prosesi zamanı vəkillər də çıxış edəcək.

Məlumat üçün bildirək ki, Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə həbs olunub. G.Əhmədova mətbuata verdiyi açıqlamalarda Ə.Zeynallını onun iddiası əsasında həbs olunmadığını bildirib ki, bu da istintaq araşdırmasını davam etdirən məhkəmə heyətini çıxılmaz vəziyyətə salıb. Həbsindən sonra jurnalistə qarşı AR CM-nin daha iki maddəsilə də ittiham irəli sürülüb. Baş redaktor Cinayət Məcəlləsinin bu maddələri ilə ittiham olunur:

Maddə  213. Vergi ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

R.Hadıyev dəfələrlə məhkəmədə Ə.Zeynallının fiziki çəxs kimi vergilərdən yayınmasını sübut edə bilməsə də, bu maddə ilə baş redaktorun saxta hesablamalarla çıxarılmış 7251 manat 20 qəpik dövlət büdcəsinə ödənilməsini və bunula yanaşı 2 il  müdətinə azadlıqdan məhrum edilməsini istəyib.

https://www.xural.com/?p=15849

Baş redaktor haqqında qaldırılan AR CM-nin 306.2 maddəsi də sübut olunmayıb. 

Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmə prosesi zamanı məlum olub ki, baş redaktor iddiaçılar “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun məhkəmə tərəfindən müəyyənləşdirilmiş təkzib məlumatı “Xural” qəzetində dərc olunub və “Xural” qəzetinin, eləcə də Ə.Zeynallının üzərinə qoyulan cərimələr ödənilib. Digər iddiaçı Nüşabə Ələsgərliyə də məhkəmənin kəsdiyi 200 manat cərimə baş redaktor həbs olunmamışdan əvvəl ödənib. KİV DF-nin icraçı direktoru Vüqar Səfərlinin isə məhkəmə qərarı Ə.Zeynallı həbs olunduqdan sonra qüvvəyə minib. Ədliyyə işçiləri məhkəmə qərarlarının icrası ilə bağlı Ə.Zeynallıya müraciət edərkən, hətta “Xural” redaksiyasına məxsus texniki avadanlıqları müsadirə edərkən də onlara qarşı Ə.Zeynallı tərəfindən heç bir təzyiq göstərilməyib. O baxımdan məhkəmə qərarlarını qəsdən yerinə yetirməməklə bağlı prokurorun qaldırdığı iddianın tam əsassız olduğu məhkəmədə sübut olunub.

Haşıyə: İstintaq

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)

311.3.3. Külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmə araşdırmaları zamanı G.Əhmədovanın istintaqa təqdim etdiyi disk yazısının saxta olduğu ortaya çıxıb. Qeyd edək ki, G.Əhmədovanın özü haqqında hazırda AR CM-nin 178-ci – Dələduzluq və 307.2 maddələrilə cinayət işi qaldırılıb. Bundan sonra o deputat mandatından məhrum edilib, üzvü olduğu YAP-dan çıxarılıb. Fevralın 13-də həbs olunan G.Əhmədova hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

http://www.aznews.az/news.php?id=14961#.USHfr_Kt3dw

Məhkəmə açıq keçirilir. 

Bütün İnsan və Jurnalist hüquqları müdafiə təşkilatlarının,  eləcə də müstəqil mətbuat  nümayəndələri prosesi canlı izləmək üçün dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button