Əvəz Zeynallı və Aqil Səmədbəyli Oktay Gülalıyevi ziyarət etdilər-VİDEO

Türkiyədəki “American Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyiş var.

Musavat.com xəbər verir ki, bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb.

O, bu gün O.Gülalıyevi ziyarət etdiyini yazıb: “Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi, dostumuz Oktay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oktaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı – sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oktay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə.

Mən Oktay bəyi ilk dəfədir gördüm və inandım ki, bu möhkəm insan tezliklə aramıza qayıdacaq. 3 videoçəkiliş apardım, sırasıyla yayınlayacam və Oktayın saza verdiyi reaksiya qanınızı donduracaq. Allah böyükdür və inanıram ki, Oktay bəy bu zorluqlardan keçərək aramıza qayıdacaq.

Dualarımız Oktay bəylədir!”

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.

Ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.

Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

Musavat.com

 

oqtay gulaliyev-evez zeynalli.jpg (52 KB)

Görüntünün olası içeriği: Oktay Gülalıyev, iç mekan

Görüntünün olası içeriği: 4 kişi, Aqil Semedbeyli dahil, ayakta duran insanlar ve yakın çekim

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

Görüntünün olası içeriği: açık hava

Əlaqəli məqalələr

1 şərh

  1. Z’limxan Məmmədli Azərbaycanda olan az saylı ləyaqətli, dürüst, savadlı, ğözü tox insanlardan biridir. İnanın ki, mən onunla bir dairədən namizəd olsam öz namizədliyimi ğeri ğötürər, ona səs verərəm. Belə şəxslər milləti millət edən, dövləti ayaqda tutan, şərəflə yaşamaga örnək olan, ğələcəyimizə umidlə baxmaga əsas verən böyük kişilərdilər. Ləyaqətli xalq belələrini seçər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button