Əvəz Zeynallının əleyhinə ifadələr Kürdaxanı həbsxanasında alınır
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ağlasığmaz üsullardan istifadə edir
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının əleyhinə ifadə verməyə məcbur edilən iş adamlarına görünməmiş təzyiqlər edilir. Bu barədə redaksiyamıza Kürdaxanı həbsxanasının adının cəkilməsini istəməyən əməkdaşı məlumat verib. Mənbənin sözlərinə görə, iş adamlarından Kürdaxanı həbsxanasının istintaq otaqlarında ifadə alınır. Bu gün tədricxananın 8 saylı istintaq otağında Vüqar Xanoğlan adlı iş adamlarından ifadə alınıb. Saat 16 radələrində ifadə verən iş adamlarından biri ilə müstəntiqlər arasında mübahisə yaranıb. 8 saylı istintaq otağında olan iş adamlarından biri uça səslə qışqıraraq bildirib ki, “Mən görmədiyim, şahidi olmadığım hadisə ilə bağlı izahat verə bilmərəm”. Yarım saat davam edən mübahisədən sonra iş adamını sərbəst buraxıblar.
Qeyd edək ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının istintaq tədriçşxanasında iş adamlarından ifadə alması tamailə qanuina ziddir. Belə ki, barəsində həbsqətimkan tədbiri seçilməyən şəxslərdən ifadələr istintaqı aparan orqanın binasında alınmalıdır. Ə. Zeynallının əleyhinə ifadə verməyə məcbur edilən iş adamlarının Kürdaxanı İstintaq Tədricxanasına aparılmasının özü mənəvi terror üsulu kimi qiymətləndirilməlidir.
Efqan Muxtarlı