Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilmədi

Matrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədirliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Nərimanov rayon Məhkəməsinin 3 fevral 2011-ci il tarixli qərarından verilən şikayəti əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə şikayətçi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak etsə də, cavabdeh tərəfdən heç kim iştirak etmirdi.
Əvəz Zeynallı şikayətini müdafiə etdiyini deyərək, 3000 manat cərimənin ləğv edilməsini və ödəməli olduğu 100 manatı mərhələ-mərhələ ödəməyə hazır olduğunu bildirdi.

Hakim Əflatun Qasımov müşavirə otağına getmədən şikayətin qəbul olunmaması barədə qərarını elan elədi.

Prosesdən sonra Əvəz Zeynallı hakimin qərarını ədalətsiz hesab etdiyini deyərək, qərardan kassasiya şikayəti verəcəyini bildirdi.

Xatırladaq ki, müğənni Nüşabə Ələsgərli “Xural” qəzetinin 04.03.2007 tarixdə dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, “Xural” qəzetinə qarşı iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi qəzet redaksiyasının 100 AZN məbləğində cərimə ödəməsi, eləcə də qəzetin növbəti saylarında təkzib verilməsi barədə qərar çıxarıb. Amma redaksiya maddi imkansızlıqdan cərimə məbləğini vaxtında ödəyə bilməyib. Daha sonra isə Nərimanov rayon Məhkəməsi 3 fevral 2011-ci il tarixli qərarı ilə cəriməni vaxtında ödəmədiyinə görə, baş redaktorun 3 000 manat həcmində cərimə edilməsi barədə qarar vermişdi.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button