Əvəz Zeynallının BİT-lə məhkəməsi olacaq

915621.08.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadığovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2013-cü il tarixli qərarından AR Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına verdikləri kassasiya şikayətinə avqustun 22-i saat 11-30-da baxılacaq.

Ali Məhkəmənin hakimi İlqar Hüseynov Ə.Zeynallının məhkəmə iclasında iştirakının təmin edilməsi üçün hazırda baş redaktorun saxlanıldığı ƏN Penitensiar

Xidmətin Bakı İstintaq Təcridxanasına müraciət edib.

Məlumat üçün bildirək ki, Ə.Zeynallı və vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub.

Xatırladaq ki, bundan əvvəl – bu il martın 15-də Bakı Apellyasiya Məhkəməsinin hakim Ülvi Mayılovun icraatında baxılan iclasda Əvəz Zeynallının və vəkilinin əsaslı iddiaları təmin olunmayıb.

Bununla bağlı şikayətə isə ilk dəfə 2012-ci il avqustun 14-də 2 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb. İclasların obyektiv tərzdə, qanunamüvafiq şəkildə keçirilməsi müşahidəçilərdə də təəcüb yaradıb. Lakin 2012-ci il oktyabrın 11-də keçirilən məhkəmə prosesində məlum olub ki, prosesi ədalətli şəkildə idarə etməyə çalışan hakim R.Hüseynova yeni hakim  Fərmayıl Zeynallı ilə əvəz olunub. O isə öz növbəsində prosesin tez başa çatması və iddianın təmin olunmaması naminə bütün qanunsuz vasitələrdən və şəxsi bəhanələrdən istifadə edib.

Ə.Zeynallı bu məhkəmə prosesinin də digərləri kimi sifariş əsasında həyata keçirildiyini, məhkəmə qərarının ədalətsiz və qanunsuz olduğunu diqqətə çatdırıb: “Biz onsuz da sifarişlə işləyən məhkəmələrdən ədalət gözləməyi çoxdan tərgitmişik. İndiyədək bir-neçə “haqlı” iddialarımız bu sifarişlər əsasında təmin edilməyib. Bu dəfə də eyni mənzərə ilə rastlaşdıq”

Əvəz Zeynallının məhkəmələri açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

  • Ə.Zeynallı 2011-ci ilin oktyabrında keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Əhmədova özü hazırda dələduzluq faktına görə həbsdədir. 2013-cü il martın 12-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Ə. Zeynalovu Azərbaycan CM-in 311.3.3 (böyük məbləğdə rüşvət alma), 311.4 (hədələmə yolu ilə pul tələb etmə), 306 (məhkəmə qərarını icra etməmə) və 213.1-ci (böyük həcmdə vergi ödənişindən yayınma) maddələri ilə təqsirli bilib bə onu 9 il həbs cəzasına məhkum edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları Əvəz Zeynallının həbsinin jurnalistlik fəaliyyətilə əlaqədar olduğunu və siyasi sifariş əsasında həyata keçirildiyini dəfələrlə bəyan ediblər.

 

XuralTAC

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button