ƏVƏZ ZEYNALLININ MƏTBUAT ŞURASI ILƏ MƏHKƏMƏSI BU DƏFƏ DƏ TƏXİRƏ SALINDI – FOTO və VİDEO

914813.08.2013

Müşfiq Ələsgərli: “Mən hüquqşünas olmadığım üçün iddianın hüquqi tərəflərini izah edə bilmərəm…”

Əvəz Zeynallı: “Mətbuat Şurasında bir nəfər də olsun hüquqşünas olmadığı üçün bu qurumun aqibəti bu gündədir…”

Avqustun 13-də Nərimanov rayon Məhkəməsində fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxılıb.

 Hakim Məzahir Sadıqovun sədrliyilə başlayan məhkəmə prosesi bu dəfə də problemsiz ötüşməyib. Məhkəmə iclasının açıq keçirilməsinə baxmayaraq, 30 nəfərə yaxın insanın qatılmaq istədiyi məhkəmə zalı yalnız 10 nəfərin iştirak edə biləcəyi kiçik zala təyin olunub. Media nümayəndələrinin və eləcə də Ə.Zeynallının özünün və yaxınlarının etirazına baxmayaraq, zal dəyişdirilməyib. Bütün etirazlara sərt şəkildə təpki göstərən hakim M.Sadıqov Ə.Zeynallıya: “Biz Sizi hələ bura gətirmişik, sizsə etiraz edirsiniz…” deməsinə cavab olaraq, baş redaktor M.Sadıqova Ali Məhkəmənin verdiyi qərarı xatırladıb: “Ötən dəfə mənim iştirakımı təmin etməməyiniz səbəbindən Ali Məhkəmə sizin qərarlarınızı ləğv etdi. Sizə qalsa, bu dəfə də təmin etməyəcəkdiniz, amma nə etməli, qanunlara tabesiniz” – dedi.

Proses zamanı məlum oldu ki, Mətbuat Şurasının adından məhkəməyə səlahiyyətli nümayəndə kimi göndərilən, MŞ-nin İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli hüquqşünas olmadığından iddianın hüquqi tərəflərini izah edə bilməyəcək. O səbəbdən də hakim Ə.Zeynallının razılığı ilə Mətbuat Şurasına iddia ərizəsi və digər sənədlərlə tanış olmaq üçün vaxt istədi. Ə.Zeynallı, “Mən Mətbuat Şurasına bundan sonra 30 il vaxt vermişəm. O vaxtdan istifadə etsinlər…”- dedi. M.Ələsgərli dəfələrlə, “Biz Əvəz Zeynallının həbs olunmasını istəmirdik və Mətbuat Şurası jurnalistlərin həbsdə olmasına etiraz edərək 5 dəfə bəyanat verib…” dedi. Ə.Zeynallı bildirdi ki, həmin bəyanatlarla tanış deyil və bu bəyanatların onunla heç bir əlaqəsi yoxdur: “Yaxşı yadımdadır ki, Siz o bəyanat dediyiniz açıqlamaları Quba jurnalistləri həbsdə olarkən vermişdiniz. Təbii ki, jurnalistin yeri həbsxana deyil. Amma bir dəfə də olsun mənim adımla bağlı bəyanat verməmisiniz… Çünki Mətbuat Şurası da mənim həbsimdə rolu olan qurumlardan biridir. Yoxsa jurnalistlərin hüquqlarını müdafiə etməli olan bir qurum, sifarişlə deyil, vicdanı ilə qərar verməlidir.”

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi ədalətli qərar çıxarmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar.

Məhkəmə avqustun 29 saat 11:00-dək təxirə salındı.

 Xatırladaq ki, saxta ittihamlarla 9 il həbs cəzasına məhkum olunmuş baş redactor məhz bu məhkəmə prosesinə görə bir müddət əvvəl 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

 Haşiyə: 2 il əvvəl “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baxmaqdan imtina etmiş və iddiaçı “Xural” qəzeti  Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarlarını yetərli əsasların olmaması səbəbilə ləğv edərək, işi yenidən birinci instansiya məhkəməsinə – Nərimanov Rayon Məhkəməsinə göndərib.

91549156282935_635016876518153_2094174976_n993363_635016833184824_1329174535_n1001236_635016999851474_294865251_n

 1151035_635016949851479_2097245081_n


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button