Əvəz Zeynallının maşını da axtarıldı

Baş Prokororluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şəxsi avtomobilində axtarış aparıblar. Antikorrupsiya idarəsinin işçiləri Ə.Zeynallının “Volqa” QAZ-31-10 markalı maşınında özləri ilə gətirdikləri iki hal şahidinin müşayiəti ilə axtarışa başlayıblar. Axtarış zamanı maşından 3 ədəd dəvətnamə, Əvəz bəyin övladlarına məxsus qeyd kağızlarını, icərisində 22 ədəd CD olan disk qabı müsadirə edilib.rg Axtarışa “Xural”ın redaksiyasından da iki nəfər şahid cəlb edilib. Axtariş zamanı jurnalistlərin fotoçəkiliş aparmalarına icazə verilməyib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button