ƏVƏZ ZEYNALLININ SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

27.08.2012 

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının səhhətində problemlər yaranıb. Bu barədə RATİ-yə “Xural” qəzetinin direktoru Nizami Həsənov məlumat verib.

N. Həsənovun sözlərinə görə, Ə. Zeynallının səhhəti ilə bağlı Penitensiar Xidmətin tibb-sanitar hissəsi ailə üzvlərinə rəsmi məlumat verib. Məlumatda bildirilir ki, Zeynallının müayinəsi zamanı ona “Xroniki Hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” diaqnozu təyin edilib.

N. Həsənovun sözlərinə görə, Zeynallıya Penitensiar Xidmətin tibb-sanitar hissəsində müalicə aparıldığı bildirilsə də səhhətində ciddi problemlər qalmaqdadır. Habelə onun kürək nahiyəsindəki xala infeksiya düşdüyü üçün şiş əmələ gəlib və burun çəpərin də təcili əməliyyata ehtiyacı var.

Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

ƏVƏZ ZEYNALLININ VƏKİLİ ELÇİN SADIQOV İLƏ MÜSAHİBƏ VİDEO

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button