Əvəz Zeynallının vəsatəti təmin edilmədi

Baş redaktora qarşı kobud davranılıb

Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaquliyevin sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının apelyasiya şikayətinə baxılıb. Ə. Zeynallı Nəsimi Rayon Məhkəməsində həbsinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verdiyi vəsatətin təmin edilməməsi barədə qərardan Bakı Apelyasiya Məhkəməsinə verdiyi şikayətə qapalı məhkəmə prosesində baxılıb.
Ə. Zeynallı məhkəmədə çıxışı zamanı 1 saylı Bakı İstintaq Tədricxanasından məhkəməyə 45 nəfər məhbusu eyni maşında gətirildiyini bildirib. Baş redaktor balaca bir maşında 45 nəfər əli qandalı məhbusun gətirilməsini insanın şərəf və ləyaqətinin alçaldılması kimi dəyərləndirib. Məhkəmə zamanı da Ə. Zeynallıya qarşı qanunsuz davranılıb. Belə ki, Ə. Zeynalı məhkəmə zalında dəmir barmaqlıqlar arasında əli qandallı vəziyyətdə saxlanılıb. Məhkəmə zamanı vəkili E. Sadıqovla məsləhətləşmək imkanından məhrum edilib.
Məhkəmə Ə. Zeynallının şikayətini təmin etməyib.
Vəkil E. Sadıqov Apelyasiya Məhkəməsinin qərarından Avropa İnsan Haqları məhkəməsinə şikayət edəcəklərini bildirib.
E. Sadıqov jurnalistlərə verdiyi açıqlamasında Ə. Zeynallının müdafiə hüququnun məhdudlaşdırıldığını bildirib: “Əvəz Zeynallı ilə danışıqlarımız dinlənilir. Ondan aldığımız dosyelər həbsxana nəzarətçiləri tərəfindən götürülür. Bu hallar Əvəz bəyin düzgün müdafiəsinə əngəl yaradır. Artıq bu hallarla bağlı məhkəməyə müraciət etmişik”.

08.12.2011

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button