Əvəz Zeynallıya ölüm təhdidi!

Binəqədi Rayon  Polis İdarəsinin rəisi “Xural” qəzetinin baş redaktorunu hədələyib…

“Xural” qəzetinin son sayında “Polis rəisini otağında döydülər!!!” başlıqlı yazı dərc olunub. Yazıda Binəqədi Rayon Polis İdarəsinin rəisinin hansısa yüksək çinli məmurların obyektlərinə haqq qoyduğuna dair məlumatlar yazılıb. Qəzet işıq üzü görəndən sonra, həftənin bazar ertəsi, saat 11.42-də baş redaktorun telefonuna 050.211.84.76. nömrəli telefondan zəng gəlib. Zəng edən şəxs özünü Binəqədi Rayon Polis İdarəsinin rəisi kimi qələmə verib və salam-sağ ol etmədən nalayiq söyüşlərlə Əvəz Zeynallını təhqir etməyə başlayıb. Söyüşlərdən hədə-qorxuya keçən Ağalar Məhərrəmov baş redaktoru ölümlə hədələyib və “səni bura gətirərlər, o zaman görərsən” deyib. Baş redaktor Əvəz Zeynallı polis rəisi Ağalar Məhərrəmovu dəfələrlə ədəb-ərkana, tərbiyəli danışmağa, özünü mədəni aparmağa dəvət etsə də, Ağalar Məhərrəmov buna məhəl qoymayıb. Polis rəisi özünü küçə uşaqları kimi aparıb və küçə uşaqlarından betər hərəkət edərək hədə-qorxularını davam etdirib.Baş redaktor Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun hədə-qorxu zənğlərindən sonra dərhal 102-yə telefon açıb və olanlar haqqında ətraflı məlumat verərək tədbir görülməsini tələb edib. 102-dən sonra Əvəz Zeynallıya Nərimanov Rayon Polis İdarəsindən və 17-ci Polis Bölməsindən telefon edərək məsələylə maraqlanılıb və işin icraata götürüldüyü haqqında ona məlumat verilib.

Əvəz Zeynallı Daxili İşlər naziri Ramil Usubova müraciət edib, DİN Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidova məsələ ilə bağlı ətraflı məlumat verib.

 

XuralTAC

 

27 iyun 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

1 şərh

  1. Hacı İlqarın 100.000 imza toplama kompaniyasının arxasında Qərb ölkələrinin inqilab planı vardır.

    Hacı İlqarın 100.000 nəfərlik imza toplama kompaniyasının arxasında İsa Qənbərin olduğunu bu gün Musavatçı dostlarımdan öyrəndim.İsa Qənbərin ,Qərb ölkələri ilə əlbir olub ,Azərbaycanda inqilab etmə istəməsi və bu prosesə dindarların cəlb edilməsi üçün səy göstərilməsini hamıya məlumdur.Hacı İlqar 100.000 imza toplama kompaniyası ilə hakimiyyətə qarşı güc nümayiş etdirir.Həmçinin,Hacı İlqar bu vasitə ilə dindarların telefon nömrələrini götürür və gələcək İctimai Palatanın mitinqində sms vasitəsi ilə mitingə bir gün qalmış dindarlar mitingə dəvət ediləcəklər.
    Hacı İlqar bu prosesi dünya müstəvisində tanıtmaq və beynəlxalq dəstək qazanmaq üçün ən yaxın adamı olan Ramin Bayramovu(islam-azeri.az) Türkiyəyə səfərə göndərmişdir.Ramin Bayramov ,Türkiyədə dini informasiya agentlikləri və QHT –yaxın zamanda ölkəmizdə gözlənəcək inqilaba dəstək vermələri üçün Türkiyədə görüşlər keçirir.Çox maraqlıdır ki,özünü hər zaman liberal göstərən və islam partiyasını hər fürsətdə tənqid edən və İranın əl-alıtısı kimi göstərərək gözdən pərdə asan Mənəvi Daflığa Dəvət İctimai Birlyinin rəhbəri Elşən Mustafaoğlu da bu prosesə qoşulmuşdur.Elşən Mustafaoğlu ən yaxın adamı olan ,əvvəllər Qazzada səfərdə olmuş Tural Əliyevidə bu prosesə cəlb etmişdir.Tural Əliyevdə ,hal hazırda Ramin Bayramovla bərabər Türkiyədə səfərdədir.Elşən Mustafaoğlu,Tural Əliyevin öz adamı olduğunu gizlətmək üçün,Tural Əliyevi (islam-azeri.az) internet qazetinin müxbiri kimi qələmə verir.
    Çox maraqlıdır ki,Bakı İsalm Universitetinin müəllimi olan ,yaxın zamanda siyasi təşkilat quraraq ,siyasi məsələlər müdaxilə edəcəyini elan edən Namiq Babaxanda bu prosesə qoşulmuşdur.Qərb ölkələri başda Amerika olmaqla var gücü ilə hərəkətə keçmiş və dindarları bu prosesə cəlb etmək üçün dəridən qabıqdan çıxırlar.Bu günlərdə Hacı İlqar nə hikmətsə,SOROS FONDUNUN Bakı ofisində olmuş və Amerika səfirliyinin bəzi əməkdaşları ilə məhz fondda görüşlər keçmirmişdir.(İmza toplama kompaniyasına başlamamışdan əvvəl)
    Son olaraq deyim ki,Hacı İlqarın imza toplama kompaniyasının altında dindarları mitinqə qatılmaları üçün bir yerə toplamaq,dindarları qızışdırmaq,dindarların rəyini öyrənməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button