“Ətraf Mühitin Mühafizəsi V beynəlxalq Lahiyə Olimpiadası” keçiriləcək

Aprelin 06-10 -da Bakıda Ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi “Ətraf Mühitin Mühafizəsi V beynəlxalq Lahiyə Olimpiadası”nın keçirilməsilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda Ətraf Mühitin Mühafizəsi V Beyləlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsi rəisi Arif Gömləksiz və “Çağ” Öyrətim İşlətmələri MMM -in İdarə Heyətinin sədri Enver Özeren çıxış ediblər.

Arif Gömləksiz çıxışında, olimpiadanın məqsədinin Azərbaycan və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirmək, insanlarda ekoloji şüuru inkişaf etdirmək oluğunu bildirdi. V dəfə keçiriləcək  olimpiadanın ilk ilində 17 ölkə nümayəndəsi qatıldığı halda, bu il olimpiadaya  35 ölkədən iştirakçılar qatılıb. Enver Özerenin mətbuat nümayəndələrinə verdiyi məlumata görə olimpiadanı keşirməkdə məqsədləri Azərbaycanı, onun tarixini dünyaya tanıtmaq, Qarabağ həqiqətləri haqda ölkəyə gələnləri geniş məlumatlandırmaqdır. Ən başlıcası iki ildir olimpiadaya ölkənin bütün məktəbləri layihə hazırlayırlar. Yeni nəslin ətraf mühitlə bağlı çalışmalarında yaxından iştirak edirlər.

2007-ci ildə ilk dəfə Respublikamizda keçirilməyə başlanan bu olimpiadanın Təşkilat Komitəsinə bu il 300-dən çox layihə təqdim olunub və onlardan 115-i seçilərək Münsiflər Heyətinin müzakirəsinə verilib. Bu il keçiriləcək V olimpiadaya təşkilatı dəstəyi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti və “İNERO-AVRASİYA” Ekologiya İctimai Birliyi verir.

“İNERO-AVRASİYA” Ekologiya Olimpiadası Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilib.

6 aprel tarixində tədbir iştirakçilarinin Təhsil naziri Misir Mərdanovla, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla, görüşü nəzərdə tutulur. Həmçinin daha bir sira tədbir proqramları – “Atəşgah” məbədinə, “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə ekskursiyalar, “ekoloji park”da ağacəkmə kampanyası həyata keçiriləcək.

Tədbir 9 aprel tarixində qaliblərin mükafatlandırılması, rəsmi və bədii hissələr və bağlanış mərasimi ilə bitəcək.

Zəhra Hidayətqızı

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Bu nurçuların bu yarışmasında həmişə “tapş” keçir. Nəyə görəsə bir qayda olaraq Azərbaycandakı türk məktəbləri və ya məmur balaları qalib gəlir. Azərbaycanın öz məktəblərindən isə yalnız Heydər Əliyev adına olanlar qalib olur. Özü də qaliblərin “ixtiraları” da diqqət çəkəndir. Misal üçün, bir dəfə bir uşaq guya günəş batareyası ixtira etdiyi üçün qalib gəlmişdi. Halbuki bu batareyalar dünyanın hər tərəfində geniş şəkildə tətbiq edilməkdədir. Ancaq bu yarışmada iddia etdilər ki, hansısa bir uşaq, özü də təzəliklə bunu icad edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button