“Akkord” adını və loqosunu niyə dəyişdi?

«Akkord» 300 milyon manatlıq kredit borcunu niyə ödəmir?!

Şirkətin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Afaq Quliyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, “Akkord İnşaat Sənaye” ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC adlandırılıb. Bundan sonra ASC ilə bağlı gedən xəbər, süjet və s. media materiallarda köhnə ad və loqonun əvəzinə yeni ad və loqodan istifadə ediləcək.

Maraqlıdır ki, «Akkord»un ad və loqo dəyişməsinin arxasında qaranlıq məqamların olduğu söylənilir. Bir müddət bundan əvvəl şirkətin Beynəlxalq Banka 300 milyon manatlıq kredit borcunun olduğunu və “Akkord”un bu borcu ödəməkdən imtina etdiyini yazmışdıq. Görünür, “Akkord” canını borcdan qurtarmağın yollarını düşünür.

Özünü demokratik görüntüləyən və təqdim edən şirkət, neçə müddətdir qoyduğumuz sualların cavablarını vermir:

«Akkord» 300 milyon manatlıq kredit borcunu niyə ödəmir?!

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button