“Allah olmasaydı” nə olardı?

Ulus Baker

Ulus Baker

 Dostoyevski və Nitşeni birləşdirən baxış

 Dostoyevskinin əsərləri əsasən, “Allah olmasaydı” sualına cavab axtarışındadı. “Allah olmasaydı, hər şey mübah olardı” deyə cavab vermək istəyir insan.

Əslində, “hər şey mübahdı”, ya da “hər şey qadağandı” ifadəsinin məntiqi eynidir. Bu mənada Dostoyevski hər şeyin mübah olduğunu göstərmək üçün Allahın varlığını inkar edirdi. Bunun tam əksini də düşünmək olar. Heç bir qadağa yoxdursa, deməli, hər şeyi etməyə icazə verilir. Bu da öz-özlüyündə Allahın yoxluğunun göstəricisidir.

Məsələyə üçüncü tərəfdən də baxmaq olar. Allahın varlığını qəbul edin, ya da inkar edin. Bütün hallarda hər şey mübahdır. Üç variantın hər biri özünü Dostoyevskinin əsərlərində göstərir. Əslində, yazıçının axtardığı, əsərlərinin əsasını təşkil edən sual “hər şeyin mübah olduğu bu dünyanın əsas mahiyyəti nədir” sualıdır. Mübahı sadəcə qadağan edilmiş şey olaraq düşünmək doğru deyil. Onu qadağanın toxunmadığı, qadağan edilməsi lazım olan bir həyat yolu kimi qəbul etmək olar. Başqa formada desək, hər şeyin mübah olduğu dünya Allahı öldürmək məcburiyyətindədir. Çünki insanlıq Allahı öldürməsə, bu, o deməkdir ki, dünyada bəzi şeylərin mübah olduğunu xatırladacaq bir məxluqa ehtiyacımız var. Kantın dediyi kimi, onu ancaq daxilinizdə əmr edən bir varlıq kimi tanıyırsınız. Bütün bunları sadə vətəndaşların, ictimai adamların dilindən insanlara çatdırmaq Dostoyevskinin dahiliyini sübut edir.

Nitşenin də demək istədiyi bu idi: “Allah öldü!” Sonradan əlavə edirdi: “Onu siz öldürdünüz!”

Dostoyevskinin “Allah yoxdursa, deməli, hər şey mübahdır” məntqinin arxasında Nitşenin “Allah öldü” ideyası dururdu. Əgər Allah olmasaydı, mənim rütbəm, vəzifəm olmazdı. Ancaq əgər O, ölübsə, mənim bu rütbəm və vəzifəm nə işə yarayacaq?

Bəlkə Dostoyevskini oxumaq adamı yorur, gözlərini ağrıdır. Ancaq məncə buna dəyər. Çünki onun cəmiyyətə insan tipləri yetişdirmək kimi böyük bir xeyri olub. Orxan Pamukun fantastik romanlarını bizə sırıdığı bir dövrdə Dostoyevskinin qədrini daha çox bilirik.

Dostoyevskini oxudunuğunuz vaxt rus insanının bütün özəlliklərini görə bilərsiniz. Onun “Karamazov qardaşları” romanında işlənən “görəsən, niyə bütün ruslar filosofdur, sanki bu  onların qanına işləyib” buna sübutdur. Ancaq baxsaq görərik ki, Rusiya Vladimir Solovyovdan başqa sistematik bir filosof yetişdirməmişdi. Əslində, buna ehtiyac da yoxdur. Çünki rusların yazarları, tənqidçiləri xalqın düşüncəsini elə bir səviyyədə saxlaya bildilər ki, o, xalqın filosofa ehtiyacı olmadı.

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button