“Atlant-2” MMC tikinti şırkətinin özbaşınalıqları davam edir

3 ildən çoxdur ki, Heydər Əliyev prospektində abadlıq işləri adı altında aparılan “mənimsəmə” işləri hələ də davam edir. Uzun illər bu binalarda yaşayan insanların heç bir zaman ağlına belə gəlməzdi ki, binaların üzünü ağlayla döşəyən ARDNŞ-nin “Atlant-2” MMC tikinti şırkətinin rəhbərliyi baş memarlıq İdarəsi tərəfindən təsdiqlənmiş layihəyə özbaşına olaraq əlavələr edəcək və bu əməliyyatlarını da sakinlərin şəxsi mülkiyyətlərinə zərbə vurmaqla aparacaqlar.
H.Aliyev pr-ti 99, mənzil 25 –də yaşayan Nəcəfovlar ailəsi bu haqsızlıqlara və özbaşınalıqlara tab gətirməyərək dəfələrlə məhkəmələrə müraciət edib, haqlarının bərpa olunmasını istəyiblər. Lakin əlavə qazanc əldə etmək nəfsini boğa bilməyən tikinti şirkətinin rəhbərliyi özbaşınalıqlarını bu gün də davam etdirirlər. Binanın sakini və zərərçəkən Ələkbər Nəcəfov redaksiyamıza müraciət edərək, bildirib ki, onun ailəsii 2009 –cu ilin aprel ayından neft sirkətinin sifarişi ilə həyata keçirilən ” abadlaşma va ağlay “ adi altında “Atlant-2” MMC tikinti şirkətinin təqib va basqılarına məruz qalıb: “Tikinti şirkəti tərəfindən 1996-cı ildən yaşadığımız evimiz darmadağın edilmiş, hal-hazırda o vəziyyətdə də yaşayırıq. Baxmayaraq ki, məhkəmə qatnaməsi ilə tikinti şirkəti 28 min 230 manat cərimə edilib, tikinti şirkət rəhbərliyi buna məhəl qoymayaraq, növbəti basqıları yapır və 1996-cı ildən istifadəmizda olan, 15 il ərzinda 1 dəfə də olsun maraq dairəsinda olmayan zirzəmimizə birdən-birə 9 dekabr 2011-ci il tarixdə icra nümayəndələri özbaşına olaraq bizim daxil olmağımıza qadağa qoyub. Bu azmış kimi hələ bir hədə-qorxu da gəlirlər ki, ”Özünüzə problem açmayın”. Halbu ki, yasadığımız 15 ildə qeyri -yaşayıs sahəsinin içərisindən binanın kommunikasiya və kanalizasiya quyusu keçdiyi üçün 1998-ci ildə istifadaya yararlı sahəni çertyoj tərtib edərək, BTI verilmiş, kupça alınmısdır, Istifadəyə yararsız sahə sayılan qeyri yaşayış sahəsinə daxili qapıdan kecərək, zirzəmi kimi istifadə etmişik”. 2009-cu ilin aprel ayınadək yəni abadlasdirma başlayanadək, yararli sahə Nəcəfovlar tərəfindən ofis kimi fəaliyyat göstərib, yanındakı qeyri -yaşayış sahəsi isə zirzəmi kimi istifadə olunub. Maraqlı əsas məqamlardan biri odur ki, 15 il ərzində heç kimi maraqlandırmayan bir sahə sanki tikinti sirkəti tərəfindən tapıntı, yeni qazanc sahəsi olur və sakinin hüquqları “dövlət tədbiri”, “Prezidentin qərarı” adı altında pozulur, Sakinlər isə bu basqılar altında pozulan mülkiyyət hüquqlarını məhkəmə salonlarında müdafiə etməyə çalışsalar da tikinti şirkəti səlahiyyətlilərinin qanunsuz müdaxilə və təhdidlərilə öz xeyirlərinə həll etməyə müvəffəq olurlar. “Nəticədə isə aydın olur ki, prezidentin verdiyi qərarlar dinc sakinlərin xeyrinə deyil, vəzifə səlahiyyətləri olan məmurların mənafelərinə xidmət edir” deyən Ə.Nəcəfov onu da qeyd etdi ki, AR MM qanunvericiliyinə əsasən qeyri -yaşayıs sahəsi hərraca cıxarılarkən ilk növbədə divar şəriki hərracda iştirak etmək üçün məlumatlandırılmalıdır: “Daha sonra qanun çərçivəsində divar şərikinin etirazı ilə hər hansı obyekt va ya qeyri -yasayış sahəsi digər səxsə satıla bilər. Qanunvericiliyə əsasən, kommunikasiya, kanalizasiya xətti keçən qeyri -yasayiş sahəsinin satılması, kupça verilməsi qanunaziddir. Bundan başqa kupşanın verildiyi tarixdə evlə bağlı sənədlər məhkəmə icraatında olduğu üçün heç bir alqı-satqı həyata keçirilə bilməz, çünki hamın vaxt qeyri-yasayış sahəsi darmadağın edilib yenidən kimlərinsə maraq dairəsində olduğu üçün tamamilə başqa formaya salınırdı”. Ə.Nəcəfov Azərbaycan Respublikasi Konstitusiyasının 29 maddəsinin 1-ci hissəsinə görə hər kəsin, o cümlədən onun da bir vətəndaş kimi mülkiyyət hüququnun olduğunu xatırladır. Mülkiyyət hüququ isə toxunulmazdır. “Atlant-2” MMC tikinti şırkətinin prezidentin adından etdiyi özbaşınalıqlarla bağlı Nəcəfovlar ailəsi Azərbaycan Respublikası prezidenti İlham Əliyevə, Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevə və Əmlak Məsələləri Dövlət Komitəsi səlahiyyətlilərinə şikayət məktubu göndərib. Onlar əmindirlər ki, bu özbaşınalıqlardan prezidentin xəbəri yoxdur, “yəqin o da vətəndaşlarının hakimiyyətdən, onun məmurlarının özbaşınalıqlarından narazı olmasını istəməz”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button