“Azərbaycan” nəşriyyatından tualet qoxusu gəlir!..

Facebook-da gərgin dartışma…

Bəs Ağabəy Əsgərov hara baxır?!

“Sutkanın 24 saatı su gələndə belə Azərbaycan nəşriyyatında ayaqyolunun iyindən gəzmək olmur. Təsəvvür edin ki, 2 gündür nəşriyyatda ümumiyyətlə su gəlmir. Təsəvvür edə bilirsinizmi?” – bu haqda bu yaxınlarda AXCP-nin Mətbuat Xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin köşə yazarı Natıq Güləhmədoğlu facebookdakı səhifəsində yazıb. Yazarın bu ağrılı statusuna maraqlı münasibətlər bildirilib. Ağabəy Əsgərovun tualet qoxulu nəşriyyatının bu ağlamalı gününə verilən reaksiyaların aktuallığını nəzərə alıb, onların bir qismini Oxucuların nəzərinə çatdırmağı qərara aldıq.

Aysel Savalanlı:

– Səhv etmirəmsə, Azərbaycanda su ehtiyatı Gürcüstandan az, Ermənistandan çoxdur…

Qənimət Zahid:

– Amma bu Oğuz-Bakı su kəməri Nəşriyyatın arxasından keçir eee… Natiq, düşün o trubanı deşin bir “sasok” qoyun…

Kama Allahverdiyeva:

– Nəşriyyatın ayagyolları elə əzəldən iylənir – amma artıq lift də pis gündədir. Deyəsən, ayaqyolundan, liftdən keçiblər istifadə etməyə…

Selin Səfərli:

– Natiq bəy, deməli, nəşriyyat nə suya, nə də tualet kağızına pul xərcləmir. Əladı ki… Təbiəti qoruyurlar…

Natiq Adilov:

– Özü də guya bu bina prezident aparatının nəzdindədir…

Natiq Cavadlı:

Bəs Ağabəy Əsgərov hara baxır?

Kama Allahverdiyeva:

– Ağabəy cibinə baxır!!!

Elnur İbrahimoğlu:

– Bunu heç təsəvvür etmək belə istəmirəm…

Səid Ağazadə:

– Əleyhqaz taxmaq lazımdır…

Mərziyyə Məmmədli:

– Mən ora elan verməyə getmişdim… Hələ qış idi… Dəhşətli dərəcədə iy gəlirdi… İndi yayın bu istisində təsəvvür edirəm, nə haldadır…

Fərid Abdullayev:

– Googl-da mətbuata ən yaxın wc axtarışı verin.

Şəhla Əbusəttar:

– “Prezident Aparatı yanında Azərbaycan Nəşriyyatı!” Barı adını dəyişsinlər. Ya da dəyişməsinlər, özləri kimi iylənib də…

Əvəz Zeynallı:

– Bunu yazdıq… Ağabəy bizi məhkəməyə verdi… 1.000 manat cərimələtdi və Ədliyyə Nazirliyinin icraçıları o pulu bizə ödətdirdi. Yazın da Natiq, qəzetə yazın ki, o əbləh bu iy-qoxunu kəssin…

Şəhla Əbusəttar:

– Əvəz bəy, demək, o əbləhə prezidentin adı olan yerdə tualet qoxusu belə fransız parfümü kimi gəlır)))

                                                                                                                               “Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button