“Azad musiqi azad olmayan ölkədə” kampaniyası genişlənir

Azad yazarlar müdhiş kampaniyaya başlayırlar

 Yerli vətəndaş cəmiyyəti fəallarının “Azad musiqi azad olmayan ölkədə” kampaniyasının təşəbbüskarları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda bir araya gələrək, görülən və görüləcək işlərlə bağlı müzakirələr aparıblar.

Azərbaycanın baş naziri Artur Rəsizadənin Avropa Yayım Birliyinə (EBU) ünvanladağı məktub ətrafında müzakirələr aparılıb. Baş nazirin məktubunda bildirilir ki, Azərbaycan “Eurovision-2012”ilə əlaqədar ölkəmizə gələcək əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi, minlərlə xarici qonaq üçün viza rejiminin sadələşdirilməsi öhdəliyi götürür. Eyni zamanda 57-ci “Eurovision” yarışması vaxtı mətbuat və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin ediləcək.

Təşəbbüskarlar bu məsələ ilə bağlı baş nazirə məktub ünvanlamaq qərarına gəliblər. Müraciətin məqsədi ifadə və sərbəst toplaşma azadlığının yarışma dövrünü əhatə edəcəyini, bu öhdəliyin Azərbaycan vətəndaşlarına da şamil edilib-edilməyəcəyini öyrənməkdir. Bundan əlavə, beynəlxalq təşkilatlara da müraciətlər ünvanlamaq qərara alınıb.

Tədbirdə bildirilib ki, “Xural” qəzeti, yazıçılar Ələkbər Əliyev, Seymur Baycan və köşə yazarı Elnur Astanbəyli “Azad musiqi azad olmayan ölkədə” kampaniyasına qoşulurlar.

Xatırladaq ki, “Azad musiqi azad olmayan ölkədə” kampaniyasının təşəbbüskarları Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansı və Demokratik Jurnalistika Məktəbidir. Sonradan “Nida” Vətəndaş Hərəkatı, “Azad gənclik” təşkilatı da kampaniyaya qoşulub.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. MƏNİMDƏ ORJİNA TƏKLİFİM VAR. EUROVİSİONUN GƏLƏN İLKİ TƏDBİRİNİ AVROPANIN BİRİNİN: MƏSƏLƏN AZƏRBAYCANIN İNGİLTƏRƏDƏKİ SƏFİRLİYİNDƏ KECİRİLMƏSİ NÜMAYİŞKARƏLİK ÜÇÜN ƏN YAXŞI ÜSULDUR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button