“Bu, onlar üçün yaxşı cavabdır”

“Ayrı-ayrı maraqlı dairələr Azərbaycanın qeyri-sabit, ölkədə terror təhlükəsinin olması haqda informasiya yaymaqda maraqlıdır”

“Azərbaycanda kriminogen durum nəzarətdədir və sabitlik qorunur”. Bunu ANS-ə müsahibəsində Prezident Administrasiyasının İctimai Siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib. Ə.Həsənov Birləşmiş Ştatlar və İsrail hökumətləri adından Azərbaycanda terror təhlükəsinin mövcud olması ilə bağlı xəbərdarlıq edilməsinin qeyri-müəyyən və əsassız yanaşma olduğunu bildirib.

O, əlavə edib ki, istənilən halda həm Azərbaycan, həm də xarici vətəndaşlar əmin olmalıdırlar ki, ölkədəki təhlükəsizlik mühiti ciddi mühafizə olunur.

“Ola bilsin ki, ayrı-ayrı maraqlı dairələr sözün həqiqi mənasında Azərbaycanın qeyri-sabit dövlət olması, ölkədə terror təhlükəsinin olması, bu ölkəyə gediş-gəlişin təhlükəli olması haqqında informasiya yaymaqda və rəy formalaşdırmaqda maraqlıdır. Əminik ki, belələri də var. Dəfələrlə əsası olmayan informasiyalar yayılıb. Biz onlara cavab veririk.

Sabitliyimizlə bağlı vəziyyəti ortaya qoyuruq. Bu, onlar üçün yaxşı cavabdır. Ola bilsin ki, xarici səfirliklərdə qapalı məlumatlar olur. Təhlükəsizlik sahəsi qapalı sahədir. Biz dövlətimizin təhlükəsizlik mühitinə arxayınıq. Biz Azərbaycanda tam sabit vəziyyət yaratmışıq. İstənilən kriminal hadisə dərhal açılır”.

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button