“Çıxın mağaradan”

əli əkbərƏli Əkbər : “Müasir olmağa çalışın, çuşkalığın daşını atın”

“Xural” qəzetinə qarşı olan basqılar siyasətçilər, ziyalılar, yazıçılar və sadə Oxucular tərəfindən qəzəblə qarşılanıb. Azərbaycanın tanınmış yazıcısı Əli Əkbər “Xural” qəzetinə edilən basqılara kəskin şəkildə etirazını bildirib.

Ə.Əkbər hakimiyyəti Azərbaycanı mağara təfəkkürü ilə idarə etməkdə günahlandırıb: “Mən çox istərdim ki, kosmos əsrini yaşadığımız bu dövrdə ölkəmizdə belə çox gülməli şeylər baş verməsin. Böyük olmaq, hər şeyin fövqündə dayanmaq lazımdır. Avtoritar və inhisarçı qala-qala da bir rejim böyük görünə bilər. İstəsə alınar. Uşaq-muşağa baş qoşmaq, gəncləri şərləyib tutdurmaq, iki min, beş min, on min tirajlıq qəzetlərdə gedən “qeyri-populyar”, tənqidi materiallara belə əsəbi reaksiya göstərmək, qəzetləri bağlamaq – bunların hamısı dünənki gündür. Dəbdə deyil. Axı ayıbdır. Çıxın mağaradan, xahiş edirəm, sağa-sola baxın, dünyanın nə qədər dəyişdiyini görün, müasir olmağa çalışın, çuşkalığın daşını atın. Dünya sizə gülür, dünya sizə həqarətlə baxır. Bəsdirin biədəb siyahılarda, reytinqlərdə baş yerlərdə dayandınız. Özünüzə gəlin. Hər mənada gələcəyinizi düşünün. Mənfi enerjiniz, qaramatlığınız bizi boğaza yığdı artıq. Açın pəncərələri. Havanın, işığın yolunu kəsməyin”.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button