“Eurovision” açarı Bakıya təqdim olunacaq

23.01.2012

Yanvarın 25-də saat 19.00-da Buta Palace-da Düsseldorf şəhərinin meri Dirk Elsberd “Eurovision” rəmzi açarını Bakı şəhərinə təqdim edəcək. Açar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim olunacaq. Mərasim başa çatdıqdan sonra Bakı “Eurovision-2012” müsabiqəsinin rəsmi paytaxtı statusunda çıxış edəcək. Bu barədə “Eurovision” müsabiqəsinin keçirilməsi üzrə işçi qrupu məlumat verib.

Həmçinin müsabiqədə iştirak edən 37 ölkə arasında püşkatma mərasimi keçiriləcək. Püşkatma zamanı “böyük beşliyin” (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və müsabiqənin ötən ilki qalibi Azərbaycanın hansı yarımfinalda iştirak edəcəyi müəyyən olunacaq.

Sözügedən tədbirlərlə yanaşı “Eurovision-2012” müsabiqəsinin loqotip, konsepsiya və şüarının təqdimatı olacaq.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button