“Həyat yoldaşımın türk olması bəzi adamların xoşuna gəlmədi”

28.03.2012

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza dünya həqiqətlərini etiraf etdi

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza mətbuatda maraqlı bəyanatla çıxış edib.

Sabiq səfir növbəti dəfə bu vəzifəyə seçilməməsi barədə də danışıb: “Bu, siyasətdir. Amerikada demokratiya nəticəsində belə işlər olur və bu, qaçılmazdır. Seçilməməyim məni təəccübləndirmir. Bütün bunlar söz azadlığını özündə əks etdirir. Bir təşkilat əleyhimə çıxdı ki, mənim həyat yoldaşım İstanbulda, Türkiyədə doğulub. Prezident Obama Senat üzvlərinin təzyiqinə baxmayaraq, öz imkanından istifadə edib məni Azərbaycana bir illik səfir təyin etdi. Mən ona çox minnətdaram. Bu bir il mənim həyatımda ən gözəl və mənalı il oldu. Mənim ailəm Azərbaycanı sevdi. Mən Ermənistan üçün də çox işlər görmüşəm. Lakin mənim həyat yoldaşımın Türkiyədən olması bəzi adamların xoşuna gəlmədi. Buna görə, ABŞ-dakı bir qrup adamlar mənim vəzifəyə seçilməyimə mane oldular”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button