“Human Right Watch” Elçin Namazovun müdafiəsinə qalxdı

İki nüfuzlu beynəlxalq təşkilat Azərbaycanda vəkillərə qarşı təzyiqlərə son qoyulmasını tələb etdi

 Qanunsuz ittihamlarla vəkillik fəaliyyətindən uzaqlaşdırılan Elçin Namazova beynəlxalq dəstək günü–gündən artır. “HUMAN RİGHT WATCH” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Huqh Villyamson (Hugh Williamson) ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət edib. Ədliyyə nazirinə ünvanlanmış məktubda vəkillərə qarşı təzyiqlərin narahatlıq doğurduğu ifadə edilir: “Hörmətli nazir. Azərbaycanda iki vəkillin siyasi səbəblər üzündən cinayət təqibinə məruz qalması, onların peşə fəaliyyətinə imkan verilməməsi bizi narahat edir. Xaliq Bağırov bir il müddətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb. Digər vəkil Elçin Namazov vəkillikdən birdəfəlik uzaqlaşdırılıb və cinayət təqibinə məruz qalıb”. Məktubda vəkillərin fəaliyyətinə imkan yaradılması, beynəlxalq öhdəliklərə əməl edilməsi tələb edilib. Məktubda o da vurğulanıb ki, hər iki vəkil müxalifət fəallarını və hakimiyyətin rəqiblərini müdafiə etdikləri üçün təqiblərə məruz qalıblar.

Hüquqşünasların Beynəlxalq Müşahidə Təşkilatı isə dövlət başçısı İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Azərbaycanın BMT və Avropa Birliyindəki nümayəndəliklərinə müraciət edərək, vəkil E.Namazova qarşı təzyiqlərə son qoyulmasını tələb edib. Təşkilat Azərbaycan hakimiyyətini vəkillərlə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə dəvət edib.

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button