“Şəffaf açar” və “paslı qıfıl” mükafatı təsis olunacaq

Media Hüququ İnstitunun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu ilə bilgi sahibi hesab olunan qurumların manitorinqinin nəticələri açıqlandı.

Tədbirdə informasiyanın əhmiyyətindən danışan Media Hüququ İnstitunun rəhbəri Rəşid Hacılı bir daha xatırlatdı ki, müasir dövrdə istənilən informasiyaya tez çatmağın ən qısa yolu elektron saytlarıdır. Bu yolla istənilən qurumun saytlarına daxil olaraq istənilən məlumatı tez bir zamanda əldə etmək mümükündür. Ələsgər Məmmədli çıxışında məlumatın şəffalığının çox dəyərli olduğunu, şəffaflıq olmadığı yerdə korrupsiyanın yarandığını qeyd edib. Qulu Məhəhrrəmlinin fikrincə, harada ki məxfilik var, deməli orada cinayət olması da mümkündür. O baxımdan hər kəs anlamalıdır ki, hər bir informasiya ictimaiyyətə açıq olmalıdır. MHI-nin koordinatoru  Xalid Ağaliyev tədbir iştirakçılarına manitorinqi necə apardıqlarını və nəticələrin nəyə əsaslandıqları haqda məlumat verıb. O da qeyd olunub ki, saytların manitorinqi aparılarkən184 parametr üzrə monitorinq edilib. Həmin parametrlər spesifik sahələri əhatə edən 12 qrupa bölünüb. Hər bir parametr üzrə açıqlıq hesablanıb və onların hamısı toplanaraq açıqlıq dərəcəsi müəyyən edilib.

Manitorinq 48 dövlət qurumu arasında aparılıb. Manitorinqə görə ilk 5 yeri 52.26 faizlə “Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya”, 48.15 faizlə “Baş Prokurorluq”, 44.57 faizlə “Vergilər nazirliyi”, 41.66 faizlə “Hesablama Palatası”, 39.01 faizlə “Əmlak Məsələləri üzrə Dövlət Komitəsi” tutub. Sonuncu 5 yerin sahibi isə 12.73 faizlə “Nazirlər Kabineti”, 11.71 faizlə “Milli Təhlükəsizlik Nazirliyi”, 11.37 faizlə “Sənaye və Energetika Nazirliyi”, sonuncu iki yerin sahibi olan “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” və “Azərsu”nun isə ümumiyyətlə, elektron saytlarının olmadığı məlum olub.

Tədbirin sonunda ilk üç yerin sahibi olan dövlət qurumu nümayəndələrinə diplomlar təqdim edilib.

Tədbirdə belə manitorinqlərin davamlı olacağı və gələcəkdə ən yaxşı faiz göstəricisinə malik olan dölət qurumuna “şəffaf  açar”, ən aşağı faiz göstəricisinə malik olan dövlət qurumuna isə “paslı qıfıl” mükafatının təsis ediləcəyi bildirilib.  

 Zəhra Hidayətqızı                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button