“XURAL” QƏZETİ CƏRİMƏLƏNDİ

Fevralın 3-də Nərimanov rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə müğənni Nüşabə Ələsgərlinin “Xural” qəzetinə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 313.1.1-ci maddələri ilə qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə cavabdeh “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak etsə də, iddiaçı tərəfdən prosesə qatılan olmadı.

Müşavirədən qayıtdıqdan sonra isə hakim “Xural” qəzetinin 3 min manat məbləğində cərimə cəzasının təyin edilməsi barədə çıxardığı qərarı elan etdi.

Əvəz Zeynallı məhkəmənin bu qərarının ədalətsiz olduğunu deyərək, qərardan apellyasiya şikayəti veriləcəyini bildirdi.

Qeyd edək ki, açıq məhkəmə prosesində hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşına foto və video çəkilişin aparılması üçün icazə verməyib, habelə RATİ əməkdaşı Əhməd Heybətov məhkəmə zalından çıxarılıb.

Xatırladaq ki, Nüşabə Ələsgərli “Xural” qəzetinin 04.03.2007 tarixdə dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, “Xural” qəzetinə qarşı iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi qəzet redaksiyasının 100 AZN məbləğində cərimə ödəməsi, eləcə də qəzetin növbəti saylarında təkzib verilməsi barədə qərar çıxarıb. Amma redaksiya maddi imkansızlıqdan cərimə məbləğini vaxtında ödəyə bilməyib.

RATİ

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button