“Xural” qəzetinə qarşı çirkin kampaniyaya son qoyulsun!

Vüqar Bəyturan: ““Xural” qəzetinə edilən təzyiqlərin səbəbi onun ədalətli mövqeyidir”

MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən proseslər geniş müzakirə edilib. Müzakirə edilən məsələlər barədə MQP Mətbuat Xidmətinə açıqlama verən MQP başqanı Vüqar Bəyturan partiyanın Siyasi Şurasının iqtidarın “Xural”qəzetinə qarşı etdiyi təzyiqləri pisləyib, Mətbuat Şurasının sözügedən mətbu orqanın “reket qəzetlər” sırasına aid etməsini absurd adlandırıb. MQP başqanı “Xural” qəzetinə hakimiyyətin etdiyi təzyiqlərin səbəbinin bu qəzetin ədalətli mövqedə dayanmasında, xalqın maraqlarını müdafiə etməsində gördüklərini vurğulayıb. MQP Siyasi Şurası Mətbuat Şurasını öz səhv qərarına yenidən baxmağa, “Xural” qəzetinə qarşı çirkin kampaniyaya son qoymağa çağırıb. Fars molla rejiminin Güney Azərbaycan türklərinə qarşı soyqırım siyasətinə Quzey Azərbaycan hakimiyyətinin səssiz qalmasını milli maraqlara xəyanət adlandıran MQP Siyasi Şurası 2 aprel aksiyasının iştirakçılarını heç bir günahları olmadığı halda uydurma ittihamlarla həbsdə saxlamasını dünyada baş verən dəyişikliklərin mahiyyətindən baş çıxara bilməməsi faktı kimi qiymətləndirib. MQP Siyasi Şurası dünya ictimaiyyətinin diqqətini ölkədə baş verən antidemokratik, qeyri-sivil hadisələrə, fərqli düşünənlərin təqibinə, sərbəst toplaşma, azad fikir ifadə etmə və bu kimi digər insan haqqlarının ciddi şəkildə pozulmasına cəlb etmək üçün kompleks tədbirlər planını müzakirə edib. Bu sırada bütün sivil metodlar-kütləvi aclıq, etiraz aksiyaları, vətəndaşlıqdan imtina, müxtəlif fərdi aksiyalar barədə fikir mübadiləsi aparılıb.

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button