“Xural” qəzetinin sənədləri müsadirə edildi

Əvəz Zeynallının qayınatasının evinə basqın edildi

 “Xural” qəzetinin baş redaktoru Əvəz  Zeynallı oğurlandıqdan sonra “Xural” qəzetinin redaksiyasında axtarış aparılıb. “Xural” redaksiyasının redaksiyasına gələn Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları axtarış aparıcaqlarını bəyan ediblər. Onlar redaksiyada olan əməkdaşlara telefon əlaqəsi saxlamağa qadağa qoyublar. Az sonra redaksiyamıza media nümayəndələri təşrif buyurdu. Lakin prokurorluq nümayəndələr və onların çağırışı ilə redaksiyaya gələn poıoslər jurnalistlərin redaksiyaya daxil olmasına imkan vermədilər. “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir kazımlı polislər tərəfindən həbs edildi.  S. Kazımlı bir müddət sonra sərbəst buraxıldı.  Yalnız “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Cobanoğlu redaksiyaya daxil oldu. Əməliyyatçılar redaksiyada saat 23: 00-dək axtarış apardılar. Bu müddət ərzində redaksiyanın əməkdaşlarına telefon əlaqəsi saxlamağa və fotoçəkiliş aparmağa imkan vermədilər. Əmlliyatçılat “Xural” qəzetinə məxsus 9 yeşik sənəd və 1 ədəd kompüter müsadirə  etdilər.

Həmin müddət ərzində isə Ə. Zeynallının qayınatasına məxsus evdə də axtarış aparılıb. Evdə yalnız yataq xəstəsi olan Ə. Zeynallının qayınatası olub. Evin digər üzvlərinə və Ə. Zeynallıının yaxın qohumlarına evə daxil olmaq qadağan edilib.

XuralTAC

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button