“Xural”ın redaksiyasında yanğın oldu!

16.58-də hadisə yerinə gələn yanğınsöndürmə xidmətinin əməkdaşları ilkin təhlükəsizlik tədbirlərini yerinə yetiriblər. Onlar alovun yayıldığı zirzəmiyə baxış keçirib, redaksiyanın təhlükəsizliyi tam təmin edildikdən sonra yaranan problemin aradan qaldırılmağı üçün “Bakelektrikşəbəkə”yə müraciət edilib. Bundan sonra Nərimanov rayon polis bölməsinin əməkdaşları hadisə yerində olublar. Onlar baş redaktorun şifahi izahatını alıb, hadisədə heç bir kriminogen ünsürün olmadığı araşdırılıb. Polis əməkdaşlarının hadisə yerinə çağrılması ilə bağlı protokol tərtib etdikdən sonra ərazidən uzaqlaşıblar. Daha sonra “Bakelektrikşəbəkə”nin işıqçısı çağırışla bağlı hadisə yerində olub. O, ilkin baxış keçirdikdən sonra heç bir müdaxilə etmədən gedib. Elektrik naqillərində yaranmış problem redaksiyanın işıqçıları tərəfindən aradan qaldırılıb. Yanğın nəticəsində “Xural” qəzetinin avadanlıqlarına heç bir ziyan dəyməyib. Baş verən hadisə ilə bağlı redaksiya öz işini bir neçə saatlıq dayandırıb. Yalnız işıqçıların səyi nəticəsində elektrikin verilməsindən sonra, 19.00-dan redaksiya öz iş rejimini bərpa edib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button