“Yeni Müsavat” Müdafiə Nazirliyinə meydan oxudu

Rauf Arifoğlu

R.Arifoğlu: “Onlar məhkəməyə müraciət etmələrinə peşman olacaqlar”

 Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəkləri il bağlı məlumatı bir daha təsdiqləyib.

Məsələyə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun münasibətini öyrəndik. Rauf bəy bildirdi ki, biz də iddia ərizəsi hazırlamışıq və sabah (bu gün – red.) Nazirliklə bağlı məhkəməyə müraciət edəcəyik. Bu qurum qəzetimizi son on ildə dəfələrlə məhkəməyə verib və cərimələtdirib. Hətta mən həbsdə olarkən də Müdafiə Nazirliyinin hesabına pul ödəmişik. Ancaq bu dəfə çalışacayıq ki, onlar bu qanunsuzluğu həyata keçirə bilməsinlər. Onların məhkəməyə təsir edib, əlehimizə qərar çıxarmaq istəklərinin qarşısını almaq üçün böyük kompaniyaya hazırlaşırıq. Məhkəmə prosesi dövründə kütləvi aksiyalara qədər gedəcəyik. Əgər maddi təzminat olacaqsa, “Yeni Müsavat” qəzetinin əməkdaşları Müdafiə Nazirliyinin binası qarşısında Səfər Əbiyevin və Nazirliyin rəhbərliyinin şəkilləri və “Korrupsiyaya son qoyulsun” plakartları ilə kütləvi aksiyalar keçirəcək. Bunlar məhkəmə iddiaları ilə bizim qəzeti susdurmaq, qorxutmaq istəyirlər. Ona görə də biz tam gücümüzlə müdafiə olunacağıq. Hər zaman ölkə mediasının önündə gələn bir qurum kimi basqılara sinə gərmişik. Qəhrəman, fədakar kollektivin sayəsində təzyiqləri dəf edə bilmişik. İnanırıq ki, Müdafiə Nazirliyini məhkəməyə müraciət etdiyi üçün peşman edə biləcəyik. Əlimizdə başqa zabitlər tərəfindən göndərilmiş məktublar və torpaqların satılmasını əks etdirən ciddi faktlar var. Səfər Əbiyevin və digər nazirlik rəsmilərinin əmlakları, mülkləri və qanunsuzluqları ilə bağlı ciddi arqumentlər toplamışıq. Biz bu  məktubları həm məhkəməyə təqdim edəcəyik, həm də ölkə mətbuatına ötürəcəyik”.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button