“Yol”çu Elxan “Zəncir”lənmək üzərədir

“Yol” romanı ilə tanınan gənc yazar Elxan Xanəlizadə “Xural”a yeni əsəri barəsində danışdı. Bildirdi ki, artıq final mərhələsini yazdığı romanı “Zəncir” adlanacaq: “Hazırda tamamlama işləri gedir. Əslində, bu əsərin ilk hissələrini “Yol”-dan əvvəl yazmışdım. Ancaq sonra başa düşdüm ki, bunu iyirmi yaşında yazmaq olmaz. Bu ilsə artıq hiss etdim ki, romanı bitirə bilərəm”.

Roman narkotik asılılığı olan insanların faciəvi həyatlarından bəhs edəcək. Əsərdə Azərbaycanda narkotik dövriyyəsi, açıq şəkildə məktəblərin, ordunun, bir sözlə bütün cəmiyyətin gözəgörünməz qüvvələr tərəfindən narkotikə cəlb olunması əks olunub. Elxan Xanəlizadənin sözlərinə görə, romanda yer alan hadisələr heç də yazıçı təxəyüllü deyil, ölkədə baş verən real hadisələrdir.

“Bu ilin sonlarına qədər kitabı çap etdirməyi düşünürəm. Ancaq kitabın görüntüsünün və keyfiyyətinin yaxşı olması üçün, nəşriyyatları ciddi şəkildə araşdırıram” – deyə yazar bildirdi.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button