Fərhad Əhmədov saxlanılıb?

Fərhad Əhmədov saxlanılıb?

Xəbər verdiyimiz kimi, bir neçə gündür tanınmış iş adamı Fərhad Əhmədovun saxlanılması ilə bağlı xəbərlər yayılır.

Demokrat.az artıq adıçəkilən şəxsin konkret olaraq DTX tərəfindən saxlanıldığını yazıb.

Məlumata görə, bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.

Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.

İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.

Hazırda F.Əhmədovun barəsində istintaq davam edir.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün “Forbes”də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button