14 saylı həbsxanada aclıq aksiyası keçirilir

hebs29.06.2013

Amnistiya aktı şamil olunan 8 məhbus azadılığa buraxılmır

14 saylı Cəza Çəkmə Müəssisəsin (CÇM) 9 nəfər məhbus 6 gündür aclıq edirlər. Buna səbəb isə azadlığa buraxılmamasıdır. Bu barədə “Bizim Yol” qəzetinə Əli Rza Muxtar məlumat verib. 


Onun sözlərinə görə, qardaşı, Açıq Cəmiyyət Partiyasının üzvü İlqar Rzayev də daxil olmaqla məhbuslar CÇM-nin rəisi Əli İbrahimovun qanunsuz fəaliyyətinə etiraz edirlər: “Bildiyiniz kimi bu ilin mayın 7-də “Heydər Əliyevin 90 illik yubileyi” münasibətilə amnistiya elan edilib. Parlamentin bu barədə qərar qəbul etməsinə isə, birinci xanım Mehriban Əliyevanın təklifi səbəb olub. Bu amnistiya doqquz min adama şamil edilib. Qardaşım İlqar Rzayev daxil olmaqla 8 məhbus aminstiyaya düşsə də, həbsxananın rəisi Əli İbrahimov qanunsuz olaraq onları azadlığa buraxmır. Odur ki, məhbuslar buna etiraz edirlər”.
Əli Rza Muxtar bildirir ki, aclıq edən məhbuslar Pezident Administrasiyasına, Omusmana, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Pentensiar Xidmətə, Qızıl Xaç Cəmiyyətinə, Baş Prokurorluğa müraciət ediblər. Ancaq 14 saylı CÇM-nin rəisi Əli İbrahimov müraciətlərin ünvana həbsxandan çıxamsının qarşısını alıb. “Anam da məhbuslar Pezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və başqa qurumlara müraciət edib. Bu qurumlardan bildiriblər ki, amnistiyaya düşən İlqar Rzayevin və başqa məhbusların azadlığa çıxmasında heç bir problem yoxdur, bu məsələnin Əli İbrahimovdan asılı olduğu bildirilib. 14 saylı CÇM-indən isə bildirilir ki, guya sənədləşmə gedir, qanunla 4 ay ərzində azadlığa buraxıla bilərlər. Bu bəhanədir. Onların azadlığa çıxması üçün heç bir sənəd problemi yoxdur. Sadəcə siaysi sifariş imkan vermir ki, məhbuslar azadlığa çıxsınlar. Onu da bildirim ki, Əli İbrahimov heç kimi qəbul etmir, şikayətlərə baxmır”, deyə Ə.R.Muxtar bildirdi.
Qeyd edək ki, İlqar Rzayev 2012-ci il mayın 11-də “narkotik” ittihamı ilə saxlanılıb və polis evindən narkotik maddə tapdığını bildirib.
Ailəsi və hüquq-müdafiəçiləri isə onun həbsini “sifariş” adlandırıb. Onlara görə, həbsin əsas səbəbi Bakıda indiki Qış Bulvarının yerində, Mirzağa Əliyev küçəsi, 211 ünvanında yerləşən evlərinin “dağıdılmasına” etiraz etməsi olub. Rzayevin anası Şirinbacı Rzayeva da ötən ilin 22 aprelində keçirilən müxalifət aksiyasında höküməti tənqid edib. Bundan sonrakı hadisələrdə isə, onlar evlərində köçürülüb, Rzayeva işdən çıxarılıb və oğlu həbs edilib.
Hüquq-mühafizə orqanları isə, onun həbsinin siyasi motivli olmadığını açıqlayıb. Yerli insan haqları qrupları Rzayevin «Eurovision» mahnı müsabiqəsi ərəfəsində həbs edilməsi səbəbilə onu “Eurovision məhbusu” adlandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button