1400 zəvvar Həccə getmək üçün QMİ-yə müraciət edib

Bu il Həcc ziyarətinə getmək üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) 1400 nəfərdən çox zəvvar sənəd verib. Bu barədə QMİ Həcc ziyarətinin təkili şöbəsindən bildiriblər.

Mənbənin məlumatına görə, Azərbaycandan gedəcək zəvvarlar üçün oteldə yer ayrılıb.

Zəvvarlar Həcc ziyarətinə avqustun 1-16-da təyyarə vasitəsilə yola düşəcəklər. Bu il Həcc ziyarəti adambaşına 4150 dollar təşkil edir. Təkrar Həcc ziyarətinə getmək istəyən şəxslər əlavə olaraq 535 dollar ödəyəcəklər.

Azərbaycanda Həcc missiyasının rəhbəri QMİ-dir.

Bu il Qurban bayramı sentyabrın 22-23-nə düşür. Zəvvarların geri dönüşü sentyabrın 1-dən başlayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button