“Səni “yarım srok”a “içəri”dən çıxartdıracağam” – Həbib Axundovun şərikinə verdiyi vədin tarixçəsi

"Səni "yarım srok"a "içəri"dən çıxartdıracağam" - Həbib Axundovun şərikinə verdiyi vədin tarixçəsi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Əfv olunanlar arasında sabiq səfir Elmira Axundovanın yaxını olan Elnur İbrahimov yoxdur. Qaçaq sabiq səfir Elmira Axundovanın yaxını olan Elnur İbrahimov külli miqdarda dələduzluq cinayətində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan mərhum edilib.

Musavat.com xəbər verir ki, həbsinə qədər Elnur İbrahimova Elmira Axundovanın oğlu Həbib Axundov həbsə düşəcəyi halda əfvlə azadlığa çıxaracağı vədini vermişdi.

Bu vəd Elnur İbrahimova nəyin qarşılığında vermişdi?

2013-cü ildə Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Vətəndaşlara Elmira Axundova və oğlu bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb.

Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra hüquq mühafizə orqanına müraciət etmək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustun 5-də Elnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.

Həmin gün orada yerləşən “Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə o zaman deputat olan Elmira Axundova vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana gedən Elnur İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button