15 dekabra mitinq təyin olundu-FOTO

Qarabağ Komitəsinin növbəti toplantısl keçirilib. Toplantıda ilk öncə təşkilati məsələlərə baxılıb. Müzakirələrdə Şaiq Süleymanov, Fikrət Cəfərlu, tanınmış qələm sahibi Aydın Canıyev, Nazim Quliyev, Rüfət Hacıbəyli və Cəfər Baxış yekdilliklə Qarabağ Komitəsinə üzv seçiliblər. Bununla da Qarabağ Komitəsinin üzvlərinin sayı 44 nəfərə çatıb. İclasda, gündəmdə olan digər gündəm məsələləri də müzakirə olunub. İlham İsmayılın sədrliyi ilə keçirilən gərgin və ciddi müzakirələrdə Qarabağ Komitəsinin qarşıdakı müddət üçün fəaliyyət proqramı müzakirə olunub və müzakirələrdə Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Rövşən Məmmədli, Pənah Hüseyn, Əhəd Məmmədli, Mirmahmud Mirəlioğlu, Sahib Kərimli, Sahib Mirzəyev və Rəşid Əlibəyli bu və ya digər məsələlər ətrafında fikirlərini bildiriblər.
İlham İsmayılın NATO ATA-nın İstanbulda təşkil olunmuş beynəlxalq təhlükəsizliyə həsr edilmiş tədbirdə iştirakı haqqında geniş məlumatı dinlənildi.
Qarabağ Komitəsi 22 nəfər lehinə, 4 nəfər əleyhinə, 2 nəfər isə bitərəf olmaqla dekabrın 15-nə yenidən mitinq təyin edib.
Qarabağ Komitəsi şəhd ailələrinin problemlərini işıqlandırdığı zaman jurnalist fəaliyyətini yerinə yetirən Əfqan Sadıqovun həbsindən narahatçılığı bildirib, onun əsassız yerə 30 sutka həbs olunduğunu bəyan edib və Əfqan Sadıqovun təcili azadlığa buraxılmasını tələb edib.
Qarabağ Komitəsi toplantıdan sonra mətbuat və cəmiyyət üçün canlı brifinq keçirdi.
Qarabağ Komitəsi 28 noyabr tarixli iclasında aşağıdakı qərarları qəbul edib:

1. Gəncə şəhərində elan olunan Qarabağ Komitəsinin dayaq dəstəsi qeydə alınsın;
2. 15 dekabr 2018-ci il tarixdə Bakı şəhərində “Məhsul” stadionunda saat 15.00-17.00-da “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə mitinq keçirilsin;
3. 5 dekabr 2018-ci il tarixində saat 12.00-14.00-da “Azərbaycan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” mövzusunda KXCP qərargahında Dəyirmi Masa keçirilsin;
4. “Ermənistanın Azərbaycana təcavüzü və Atəşkəs” məsələsi mövzusunda Dəyirmi Masa keçirilsin;
5. AR MN və AR XİN-ə atəşkəs məsələsinin beynəlxalq hüquqi məzmununa aydınlıq gətirilməsi üçün yazılı sorğu verilsin;
6. Qarabağ Komitəsinin 2019- cu il üçün fəaliyyət istamətləri haqqında sənəd hazırlansın.

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button